İqtisadiyyat Manşetüstü

“Şahdəniz” qazının ixracı 28%-dən çox artıb

Sharing is caring!

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,917 milyard kubmetr qaz nəql edilib.

XəbərAl.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5% artım müşahidə olunub.

Qazın nəqlinin 37,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Hesabat dövründə bu kəmərlə 7,413 milyard kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 28,1% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir