İqtisadiyyat

Ünvanlı sosial yardım uşaq pulu kimi verilməlidir – TƏKLİF

Sharing is caring!

“Azərbaycanda qida və ərzaq məhsullarına tətbiq edilən əlavə dəyər vergisi dondurulmalıdır”. 

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı belə təkliflə çıxış edib. 

Millət vəkili qeyd edib ki, həmin məhsullar üçün ƏDV aradan qaldırılsa, bu, əhalinin sosial rifahına da müsbət təsir göstərəcək. 

Deputat uşaq pulunun bərpa edilməsini də vacib saydığını bildirib. 

“Mən təklif edirəm ki, ünvanlı sosial yardım uşaq puluna transfer edilsin. Ünvanlı sosial yardım uşaq pulu kimi verilməli və bu məsələyə birdəfəlik son qoyulmalıdır”, – deyə Fəzail Ağamalı əlavə edib. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir