İqtisadiyyat

İlin sonuna qədər Azərbaycanın ÜDM-i ən yüksək göstəriciyə çata bilər – Nazirdən AÇIQLAMA

Sharing is caring!

“Dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər eyni tempdə davam edərsə, bu ilin sonunda Azərbaycanın ümumi daxili məhsulunun həcminin 130 milyard manata çatması gözlənilir. Bu da Azərbaycan tarixində ən yüksək göstəricidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ÜDM-də qeyri-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.

“Ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən antiinflyasiya tədbirləri həyata keçirilib”, – deyə nazir əlavə edib. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir