İqtisadiyyat

Xaçmazda sahibkarlarla görüş keçirilib – FOTO

Sharing is caring!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Xaçmazda sahibkarlarla görüş keçirilib. 

“Xaçmaz KOB evi”ndə təşkil olunmuş görüşdə Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzəndən olan sahibkarlar iştirak ediblər. 

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, millət vəkilləri Vahid Əhmədov və Sevil Mikayılova, eləcə də ətraf rayonların icra hakimiyyətlərinin və sahibkarlara xidmət göstərən qurumların nümayəndələri regionda meyvə-tərəvəz istehsalı ilə məşğul olan sahibkarların problemlərini dinləyiblər. 

Müzakirələr əsasən regionda yetişdirilən meyvə-tərəvəz məhsullarının emalı üçün müəssisələrin yaradılması, ixracla bağlı çətinliklər, yerli məhsulların satışının təşviqi, logistika və daşınma ilə bağlı problemlər, qablaşdırma və kadr məsələləri, sahibkarların maliyyə resurslarına çıxışı, kommunal xidmətlərə qoşulma, sahibkarların qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb. Daha sonra onların təklifləri dinlənilib və sualları cavablandırılıb. 
Görüşdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir