İqtisadiyyat

İsrail şirkəti Xəzər dənizinin suyunu duzsuzlaşdırmağa kömək edəcək – Nazir AÇIQLADI + FOTO

Sharing is caring!

İsrailin su emalı sahəsində tanınmış “I.D.E. Water Assets Ltd” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (Azerbaijan Investment Company OJSC –  AIC) arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında məlumat verib.

Nazir bildirib ki, İsrail şirkəti ilə ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlıq ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir