İqtisadiyyat

bp Azərbaycanın üç universitetində xüsusi laboratoriyalar yarada bilər

Sharing is caring!

bp şirkəti Azərbaycanda 3 universitetlə kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində danışıqlar aparır.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Qlobal Hibrid Müharibələri və Kibertəhlükəsizlik Sammiti”ndə şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Əsas məqsədimiz odur ki, bu sahədə mütəxəssislər hazırlansın. Son illər mədən sənayesində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları ilə yanaşı kibertəhlükəsizlik qaydaları da xüsusi önəm kəsb edir” – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir