İqtisadiyyat

FED: Dollar üzrə faiz dərəcələri artırıldı

Sharing is caring!

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası yekunlaşıb. İclasın sonuncu günündə uçot dərəcəsinə dair yeni qərar açıqlanıb.

Məlumata görə, FED ardıcıl olaraq üçüncü dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılması haqqında qərar verib. Bununla da uçot dərəcəsi 3-3,25 faizə çatıb.

Xatırladaq ki, FED martda 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 faizə çatdırıb. Mayda dərəcə 0,50 faiz bəndi artırılaraq 0,75-1 faizə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 faizə, iyulda daha 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 faizə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir