Azərbaycanda istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə bir il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.
Oxu.Az-ın məlumatına görə, bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.
Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – bu il yanvarın 1-dən üç il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.
Xeberal.az