İqtisadiyyat Manşetüstü

Natia Turnava Bakıya gəlir

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək.

XəbərAl.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində N.Turnava bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq məsələləri də nəzərdən keçiriləcək.