İncəsənət

Xəstəxanaya yerləşdirilən Rəmişdən son xəbər

Sharing is caring!

Bir müddətdir ki, səhhətində ciddi problemlər yaşayan Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti hazırda həkim nəzarətindədir.

XəbərAl.az  azvision.az-a istinadən bildirir ki, Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova Rəmişin vəziyyətinin hələ də ağır olduğunu bildirib: “Neçə müddət idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Oksigen çatışmazlığından əziyyət çəkirdi, qaraciyərində problem var. Dünən (srağagün-red.) axşam səhhəti lap pisləşdi deyə xəstəxanaya yerləşdirdik. Özü ilə əlaqə saxlaya bilməmişəm. Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın. Belə bir məqamda məni tək qoymasın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir