İncəsənət

“Amfibiya adam” koronavirusdan öldü – FOTO

Sharing is caring!

Sovet aktyoru, Rusiyanın Xalq artisti “Çelovek amfibiya” (“Amfibiya adam”) filmində baş rol ifaçısı Vladimir Korenyev 81 yaşında vəfat edib.

Bu barədə “İnterfaks”a onun qızı İrina Korenyeva məlumat verib.

“Bəli, atam vəfat edib. Ölümündən əvvəl o, koronavirusa görə “qırmızı zonada” idi”, – deyə aktyorun qızı agentliyə bildirib.

Qeyd edək ki, aktyor “Amfibiya adam” filmində “İxtiandr” rolu ilə inanılmaz şöhrət qazanıb. 1961-1962-ci illərdə filmi 65 milyon tamaşaçı seyr edib.

1962-ci ildə “Amfibiya adam” filmi beynəlxalq fantastik filmlər festivalında “Gümüş yelkən” mükafatına layiq görülüb.

 

Teatrda və kinoda yaratdığı bir çox rolları ilə sevilən Vladimir Korenyev sonradan həyat yoldaşı Alla və qızı İrina ilə birlikdə K.Stanislavski adına teatrda işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir