İncəsənət

“Black Mirror”un yaradıcısı 2020-ci il barədə film hazırlayır – FOTO/VİDEO

Sharing is caring!

Müasir texnologiyalardan bəhs edən “Black Mirror” elmi fantastika serialının şouranneri Çarli Bruker 2020-ci il barədə mokumentari janrında (Sənədli film üslubunda bədii film) film çəkəcək.

“Vulture”un məlumatına görə, bu barədə filmdə rol alan məşhur aktyor Hyu Qrant bildirib.

O, Brukerin ssenarisi əsasında başlayan çəkilişlərdə 2020-ci il barədə sualları cavablandıran tarixçi rolunu oynayacaq.

“Mən orada kifayət qədər xoşagəlməz biriyəm, amma parikim xoşunuza gələcək”, – deyə Hollivud ulduzu bildirib.

Film “Netflix”də yayımlanacaq.

Layihə haqqında əlavə təfərrüatlar bildirilməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir