İncəsənət

Əməkdar incəsənət xadimi vəfat etdi

Sharing is caring!

Əməkdar incəsənət xadimi, tanınmış tarzən Oqtay Quliyev vəfat edib. 

“XəbərAl.az” xəbər verir ki, bu barədə Azərbaycan Milli Konservatoriyasının mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, mədəniyyət üzvü 83 yaşında dünyasını dəyişib.  

Xatırladaq ki, O. Quliyev Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq olub.  

O, 1938-ci ildə Ağdamda dünyaya gəlib. 83 illik ömrünün 63 ilini elmi-pedaqoji fəaliyyətdə keçirən Oqtay Quliyev tar ixtisası üzrə bəstəkar Səid Rüstəmovdan sonra professor adı alan ikinci sənətkardır. 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir