İncəsənət

Azərbaycanlı alim vəfat etdi – FOTO

Sharing is caring!

Azərbaycan elminə böyük itki üz verib.

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev vəfat edib.

Kamran İmran oğlu Əliyev 1953-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirib.

1976-1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub. 1980-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib.

Folklor İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Folklor İnstitutunun şöbə müdiri olub.

Allah rəhmət etsin.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir