İncəsənət

Film çəkilişləri üçün kəskin arıqlayan Corc Kluni təcili xəstəxanaya yerləşdirilib – VİDEO

Sharing is caring!

Amerikalı aktyor Corc Kluni rejissoru olduğu “The Midnight Sky” filminin çəkilişləri üçün təcili olaraq arıqladıqdan sonra xəstəxanaya düşüb.

Bu barədə “The Mirror” xəbər yayıb.

Nəşrin yazdığına görə, film üçün işə başlamazdan dörd gün əvvəl Kluni kəskin qarın ağrısı ilə təcili xəstəxanaya yerləşdirilib. Həkimlər aktyora pankreatit diaqnozu qoyublar və o, bir neçə gün xəstəxanada qalmalı olub.

“Düşünürəm ki, arıqlamaq üçün həddindən artıq səy göstərdim və bəlkə də özümə baxmadım”, – deyə aktyor bildirib.

Aktyorun fikrincə, xəstələnməsi onun saxladığı pəhrizə görə ola bilərdi. Belə ki, 59 yaşlı Kluni qlobal fəlakətdən xilas olan xərçəng xəstəsi astronom rolunu oynamaq üçün təxminən 13 kiloqram arıqlamışdı.

Daha bir neçə filmin rejissoru olan Kluni, “The Midnight Sky”ın bu günə qədərki ən böyük layihəsi olduğunu etiraf edib.

Nəşrin məlumatına görə, aktyor filmdə çəkilərkən arıqlamaqla yanaşı, saqqal saxlamalı da olub.

“Uzun, çirkin saqqal uzatdım, oğlumun xoşuna gəlirdi, çünki hər şeyi içində gizlədirdi… Ancaq yoldaşım və qızım (saqqal) yoxa çıxanda sevindilər, çünki bütün bu qarışıqlığın içində üzümü tapmaq çətin idi”, – deyə Kluni bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir