İdman

İngiltərə Qadınlar Superliqasının mükafat fondu Premyer Liqadan 440 dəfə azdır

Sharing is caring!

Britaniya parlamentinin üzvləri qadın futbolunda pul mükafatlarının artırılmasını istəyiblər.

Belə ki, rəsmi müxalifətin kölgə kabinetinin nümayəndələri baş naziri postuna iki namizədə – Liz Trussa və Rişi Sunaka məktub göndəriblər.

Onlar Super Liqanın yeni mövsümü başlamazdan əvvəl gender bərabərsizliyi problemini həll etməyə çağırıblar.

Bildirilib ki, bu il  turnirin qalibləri Premyer Liqadakı komandalardan 440 dəfə az pul mükafatı alacaqlar.

Məktubda həmçinin məktəbli qızlar üçün futbola bərabərhüquqlu çıxışın təmin olunması imkanının yaradılması da tələb olunub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir