İdman

Çingiz Hüseynzadə: “Qarabağ”ın hücumçuları ötürmə etmirlər”

Sharing is caring!

“Mənim bir şəxsi fikrim var: Axır vaxtlar “Qarabağ”ın oyununda hücumçuların hər birinin qol vurmaq istəyini hiss edir, görürəm”.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan klubunun UEFA Avropa Liqasındakı şansları barədə danışarkən deyib.

MOK rəsmisinin sözlərinə görə, Ağdam komandasının ön xətt oyunçuları əlverişli vəziyyətlərdə topu bir-birləri ilə bölüşmürlər:

“Onların hər birində qol vurmaq həvəsi var. Bu, yaxşı haldır, amma futbol kollektiv oyundur”.

Vitse-prezident əsas problem kimi istənilən sayda transferlərin edilməməsinə də diqqət çəkib:

“Əsas problem nədədir? Əlbəttə, baş məşqçi Qurban Qurbanov, dediyi kimi, yeni transferlər istəyirdi, amma baş tutmadı”.

Bununla belə, Ç.Hüseynzadə “Qarabağ”a inandığını vurğulayıb:

“Mənə elə gəlir ki, “Qarabağ”ın bu dəfə Avropa Liqasının qrupundan çıxmaq imkanları var. Ümidvaram ki, bütün bu məsələlərə baxmayaraq, komandamız yaxşı çıxış edəcək. Mən “Qarabağ”a inanıram”.

Qeyd edək ki, “Qarabağ” İbrahima Vadjini Fransa “Sent-Etyen”inə satdıqdan sonra yeni hücumçu almayıb. Baş məşqçi Qurban Qurbanov avrokuboklarda mövcud heyətlə mübarizə aparacaqlarını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir