İdman

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib – VİDEO

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərindəki “Grand Chess Tour”un IV mərhələsində məzəli hadisə ilə üzləşib.

37 yaşlı qrosmeyster FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşşi ilə blits qarşılaşmasında səhvə yol verib.

Məmmədyarov at fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb.

Qaydalara əsasən, Azərbaycan təmsilçisi əlini ata vurduğu üçün məhz həmin fiqurla daha düzgün gediş etməli olub. Lakin bu zaman rəqib əlavə iki dəqiqə vaxt əldə edib.

Qeyd edək ki, qarşılaşma Yan Nepomnyaşşinin qələbəsi ilə bitib. Hazırda 10 xala malik Məmmədyarov ABŞ şahmatçısı Fabiano Karuana ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşşi isə ABŞ təmsilçisi Syun Ceffri ilə birlikdə hərəyə 14 xalla 4-5-ci yerləri bölüşür. 10 qrosmeysterin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir