İdman

Belçika Qran Prisi: Təsnifatı Ferstappen qazansa da, ilk sıradan Sayns start götürəcək

Sharing is caring!

“Red Bull” komandasının pilotu Maks Ferstappen Belçika Qran Prisinin təsnifat mərhələsini qazanıb. Onun nəticəsi 1 dəqiqə 43,655 saniyə olub.

İkinci nəticəni “Ferrari” pilotu Karlos Sayns göstərib. Üçüncüsü isə Ferstappenin komanda yoldaşı Serxio Peres olub.

Yarışın yekunlarına görə, “Mercedes”i təmsil edən Lyuis Hemilton yeddinci nəticə göstərib. Çarlz Lekler isə dördüncü olub.

Lakin cəzalı olduqlarına görə, Ferstappen, Lekler və daha beş sürücü yarışa pelotonun sonundan başlayacaq.

Karlos Sayns isə Belçikadakı startda ilk sırada yer alacaq.

Yarış 28 avqustda baş tutacaq.

Mənbə: sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir