İdman

Bu gün “Qarabağ” “Şamaxı”nı, “Səbail” “Kəpəz”i qəbul edəcək

Sharing is caring!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına gərə, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edəcək.

Hazırda “dənizçilər” 1 xalla 8-ci, üç qarşılaşmanın hamısında uduzan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək çempionatda dörd dəfə üz-üzə gəliblər. Bunların 2-də paytaxt klubu, 1-də “Kəpəz” meydanı üç xalla tərk edib. Topların nisbətində də “Səbail” üstündür – 6:5.

Günün ikinci görüşündə son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” altı xalla 3-cü qonaqlar isə bir xalla 9-cu pillədə yer alıb. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olacaq. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var – 95:43.

Azərbaycan Premyer Liqası
IV tur

27 avqust (şənbə)

18:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”

20:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”

Qeyd edək ki, turun ilk iki oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlməyi bacarıb – 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir