İdman

Azərbaycanın iki gimnastı Moskvada medal qazandı – FOTO

Sharing is caring!

Dekabrın 24-dən 26-dək Rusiyanın paytaxtı Moskvada idman gimnastikası üzrə açıq uşaq birinciliyi baş tutub.

XəbərAl.az-ın məlumatına görə, bu yarışda 300 idmançı arasında Azərbaycandan da gimnast mübarizə aparıb.

Sevindirici haldır ki, iki qardaş olan idmançılarımız qonşu ölkədə Azərbaycan bayrağını qaldıra bilib. Hüseyn Xəlilov 8-10 yaşlılar üzrə, Əli Xəlilov isə 10-12 yaşlılar arasında mübarizə aparıb. Hüseyn qızıl, Əli isə gümüş medal qazanıb.

Qeyd edək ki, hər iki idmançımızın məşqçisi üçqat SSRİ çempionu, Qarabağ müharibəsi veteranı Zakir Mehdiyevdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir