İdman

Millimizin hücumçusu koronavirusa yoluxub

Sharing is caring!

Azərbaycan millisinin və İsveçrə “Qrasshopper”inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

“Report”un məlumatına görə, səfərdə “Sion”la heç-heçə etdikləri 5 tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün “Vettsvil-Bonştetten”ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla “Qrasshopper”in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir