İdman

Salah Misirdəki yanmış kilsənin bərpası üçün 150 min avrodan çox ianə edib

Sharing is caring!

Məhəmməd Salah Misirdə yanmış kilsənin bərpası üçün böyük məbləğdə ianə edib.

Misirli idman jurnalisti İbrahim Abdel Qavadın yazdığına görə, “Liverpul”un forvardı hadisədən qısa müddət sonra kilsənin bərpasına üç milyon Misir funtu (təxminən 154 min avro) ayırıb.

Bundan başqa, hücumçu hadisədən dərhal sonra hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, avqustun 14-də qibti kilsəsində yanğın zamanı 41 nəfər həlak olub, onlarla insan yaralanıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir