İdman

İslamiadada medal sıralamasında Azərbaycanın mövqeyi: Qızılların sayı artıb – FOTO

Sharing is caring!

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə yüksəlib.

Oxu.Az-ın məlumatına görə, medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında beşinci pilləyə geriləyib. İlk dörd pillədə medal əyarında müvafiq olaraq Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını altı növdə – güləş (altı qızıl, altı gümüş, altı bürünc), taekvondo (bir qızıl, iki gümüş, iki bürünc), idman gimnastikası (bir qızıl, iki gümüş, bir bürünc), atletika (bir qızıl, iki gümüş), ağırlıqqaldırmada (üç bürünc) və para-oxatma (iki bürünc) və əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir