İdman

“Sevilya” İspaniya çempionatının açılış oyununda gözlənilmədən uduzdu – VİDEO

Sharing is caring!

“Sevilya” İspaniya çempionatının ilk turunda səfərdə “Osasuna”ya 1:2 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, komandalar ilk hissədə qol mübadiləsi aparıblar. 9-cu dəqiqədə Esekiel Avila meydan sahiblərini hesabda irəli çıxarsa da, iki dəqiqə sonra Rafa Mir bərabərliyi bərpa edib.

Görüşün sonunda “Osasuna” qələbə qazanıb. 74-cü dəqiqədə Aymar Oros penaltini dəqiq yerinə yetirərək komandasına mövsümdə ilk qələbəsini qazandırıb.

Növbəti mərhələdə “Sevilya” avqustun 19-da “Valyadolid”i qəbul edəcək. “Osasuna” bir gün sonra evdə “Kadis”lə qarşılaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir