İdman Manşetüstü

“Düdelanj” – “Qarabağ” matçına ən ucuz bilet 75 avro olacaq

Sharing is caring!

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburq “Düdelanj”ı qrup mərhələsinin oyunları üçün satacağı biletlərə yüksək qiymətlər qoyub.

XəbərAl.az “5minutes” nəşrinə istinadən xəbər verir ki, biletlər hər üç oyuna abunə olan şəxslərə satılacaq. Qiymətlər platformaya görə 75 avro ilə 150 avro arasında dəyişəcək.

Fərdi bilet əvvəlcədən satışa çıxarılmayacaq. Bunlar, sadəcə bütün abunələr satılmadıqda matç günlərində azarkeşlərə təqdim olunacaq.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, təkrar qarşılaşmasını isə dekabrın 12-də evdə keçirəcək. Lüksemburqdakı görüş 8 min azarkeş tutumuna malik “Jozi Bartel” stadionunda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir