İdman

İslamiada: Azərbaycan güləşçilərindən iki bürünc, bir qızıl medal

Sharing is caring!

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, 53 kq-da yarışan idmançı finalda qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan əlavə, sərbəst güləşçimiz Əsgər Məmmədəliyev də fəxri kürsüyə yüksəlməyi bacarıb.

O, bürünc medal qazanıb.

70 kq-dakı idmançı 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib.

Digər qadın güləşçimiz Tatyana Omelçenko da yarışı mükafatla başa vurub.

62 kq-da rəqib indoneziyalı Herlina Xarişma Tantri olub.

Qarşılaşmanı tam üstünlüklə (11:0) başa vuran Omelçenko 3-cü yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir