İdman

AFFA ermənilərin Çempionlar Liqası matçındakı təxribatına münasibət bildirib

Sharing is caring!

“AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır”.

Bunu “Report”a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.

O bildirib ki, təxribatla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: 

“Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir