İdman

UFC döyüşçüsü evi yığışdıranda yaralandı, döyüş təxirə düşdü – FOTO

Sharing is caring!

Yüngül çəkidə UFC döyüşçüsü Kristos Giagos Benua Sen-Denisə qarşı Parisdə (Fransa) keçirilməli olan döyüşdə iştirak edə bilməyəcək.

Bu barədə Giagos özünün sosial şəbəkə hesabından xəbər verib.

Onun sözlərinə görə, buna səbəb evdə təmizlik işləri görərkən aldığı zədədir. Belə ki, döyüşçü kiçik barmağının vətərini kəsib.

“Təəssüf ki, zədəmin ağırlığına görə Parisdə keçiriləcək döyüşdən imtina etməli oldum. Kiçik əməliyyat keçirdim. Diqqətimi mümkün qədər tez sağalmağa yönəldirəm”, – deyə Giagos bildirib.

Giagos qarışıq döyüş sənətlərində peşəkar karyerasında 29 döyüş keçirib, 19-da qalib gəlib, 10-da məğlub olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir