İdman

FHN-in karate komandasının idmançıları yüksək nəticələr əldə ediblər – FOTO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının və Dünya Full Kontakt Karate Birliyinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş full kontakt karate üzrə Bakı açıq turniri keçirilib.

Turnirdə ölkəmizin müxtəlif bölgələrinin ümumilikdə 38 klubundan 400-ə yaxın idmançı müxtəlif yaş qruplarında qüvvələrini sınayıblar. Yarışlara qoşulan FHN-in karate komandasının uşaqlar, yeniyetmə və gənclərdən ibarət idmançıları 15 qızıl, 7 gümüş və 14 bürünc medal qazanmaqla turnirdə yüksək nəticə əldə ediblər.

Bakı açıq turnirin keçirilməsində verdiyi dəstəyə görə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idmanın inkişafında misilsiz xidmətlərinə görə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev təşkilatçılar tərəfindən fəxri diplomla təltif olunub.

Sonda qaliblərə diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir