İdman

Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümə çətin qələbə ilə başlayıb – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı “Neftçi” arasında olub. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra “ağ-qaralar” 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.

Günün son görüşündə “Sabah” klubu “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki iki oyununda “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” isə evdə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir