İdman

Braziliya klubu Ronalduya elçi düşüb

Sharing is caring!

Braziliyanın “Korintians” futbol klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunu transfer etmək istəyir.

Bu açıqlama ilə klubun prezidenti Duilio Monteyro çıxış edib.

“Bəli, mən onu bizimlə görmək istərdim. “Korintians” üçün əlimdən gələn hər şeyin yaxşısını etməyə çalışıram. Bilmirəm, bu bizdə alınacaqmı? Biz gözdə-qulaqdayıq. Birdən o, Braziliyada oynamaq istəyə bilər”, – deyə “Korintians”ın prezidenti vurğulayıb.

Mənbə: Ulissescast

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir