İdman

AFFA VAR sistemi üçün sponsor tapdı – FOTO

Sharing is caring!

AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR (videoköməkçi hakim) sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

AFFA-dan verilən məlumata görə, bir illik sözləşməyə əsasən, Bakı Olimpiya Stadionunda yerləşən VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

Tədbirdə çıxış edən S.Hacıyev bildirib ki, Azərbaycan futbolunda VAR sisteminin tətbiqi ilə bağlı prosedur qaydalara uyğun olaraq işlər görülür:

“Çox şadıq ki, bu sistemin tətbiqində də “PAŞA Sığorta” bizə öz dəstəyini göstərdi. AFFA ilə “PAŞA Sığorta” arasında 2010-cu ildən başlayaraq səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün faydalı və uzunmüddətli olacaq”.

Ü.Cabbarova isə sponsorluq müqaviləsinin həm “PAŞA Sığorta”, həm də Azərbaycan futbolu üçün uğurlu olacağına əmin olduqlarını söyləyib:

“Qeyd olunduğu kimi, AFFA ilə uzunmüddətli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etməsi hər birimizi sevindirir. Ümid edirik ki, VAR sisteminin tətbiqinə verdiyimiz dəstəklə, eyni zamanda, futbol hakimliyində ədalətin daha çox təmin olunmasına töhfəmizi vermiş olacağıq. Çünki VAR sisteminin əsas məqsədi məhz ədalətli qərarların verilməsinə yardımçı olmaqdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir