İdman

Anderson Esiti: “Qarabağ” buraya qədər gəlibsə, deməli, döyüşkən komandadır”

Sharing is caring!

“Yaxşı stadiondur, tarixi arenaya bənzəyir. Biz buraya öz oyunumuzu göstərməyə və ən yaxşısını etməyə gəlmişik”.

Qol.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un futbolçusu Anderson Esiti açıqlamasında deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Qarabağ”a qarşı keçiriləcək oyun haqda danışan nigeriyalı yarımmüdafiəçi Ağdam klubunun güclü rəqib olduğunu bildirib:

“Qarabağ” Çempionlar Liqasında buraya qədər gəlibsə, demək ki, döyüşkən və yaxşı komandadır. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün iki matçımız var və ilk növbədə diqqətimizi birinci oyuna yönəltməliyik. Ağıllı oynamalı, bütün gücümüzü ortaya qoymalıyıq. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik”.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir