İdman

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

Sharing is caring!

Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Xeberal.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Niderland PSV-si Fransada “Monako” ilə, Şotlandiya “Reyncers”i Belçikada “Yunion” ilə, Danimarka “Midtüllan”ı isə Portuqaliyada “Benfika” ilə üz-üzə gəlib.

Fransada baş tutan matçda minimal hesablı heç-heçə (1:1) qeydə alınıb. “Yunion” rəqibinin qapısından iki cavabsız top keçirib (2:0). “Benfika” isə darmadağınla yadda qalıb (4:1).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

“Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) 1:2

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:2

“Monako” (Fransa) – PSV (Niderland) 1:1

“Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya) 2:0

“Benfika” (Portuqaliya) – “Midtüllann” (Danimarka) 4:1

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər beş oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.