İdman

Bu gün adını tarixə qızıl hərflərlə yazdıran cüdoçu Nazim Hüseynovun ad günüdür

Sharing is caring!

Bu gün ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edərək adını tarixə qızıl hərflərlə yazdıran cüdoçu Nazim Hüseynovun ad günüdür.

N.Hüseynov 1969-cu ilin 2 avqust tarixində Bakı şəhərində anadan olub. 

Hələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı bir neçə dəfə də mükafatçılar siyahısında olub.

Dünya cüdo arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

N.Hüseynov 1992-ci ildə Barselonada keçirilən XXV Yay Oyunlarında qızıl medala sahib olaraq müstəqil Azərbaycanın ilk Olimpiya Çempionu kimi tarixə düşüb.

Qeyd edək ki, bu il həmin qələbənin üzərindən 30 il ötür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir