İdman

Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Sharing is caring!

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri V turun görüşlərinə çıxacaqlar.

“Report”un məlumatına görə, dünən Türkiyə önündə büdrəyən kişi millisi Kuba ilə qarşılaşacaq. Məğlubedilməz olan qadın millisi isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.

Azərbaycan – Kuba

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres

Rauf Məmmədov – Karlos Albornos Kabrera

Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres

Nicat Abbasov – Omar Almeyda Kintana

Ukrayna – Azərbaycan

Mariya Muzıçuk – Günay Məmmədzadə

Anna Muzıçuk – Gövhər Beydullayeva

Anna Uşenina – Gülnar Məmmədova

Nataliya Buksa – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12-14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2-4-cü yerləri bölüşdürür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir