İdman

“Neftçi” – “Rapid” oyununun biletləri satışa çıxarılıb

Sharing is caring!

“Neftçi”nin Bakıda Avstriyanın “Rapid” (Vyana) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

Paytaxt təmsilçisindən “Report”a verilən məlumata görə, biletlərin qiyməti 2 AZN (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 AZN (3B) və 10 AZN (VİP, 3A) təşkil edir.

Biletlərin satışı “iTicket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. İndiyədək təqribən 2 200 bilet satılıb.

Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Rapid” matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.