İdman

NBA tarixinin ən çox mükafat alan basketbolçusu vəfat etdi

Sharing is caring!

Əfsanəvi NBA basketbolçusu Bill Rassel 88 yaşında vəfat edib.

O, çoxsaylı titullara görə liqa rekorduna sahib olub.

Belə ki, 13 mövsüm ərzində (1956-1969) idmançı Boston klubu ilə 11 dəfə çempionluq qazanıb.

Basketbolçu həmçinin beş dəfə mövsümün MVP mükafatını əldə edib və 12 dəfə “All-Star” oyununda iştirak edib.

Bundan əlavə, Rassel “Celtics”in baş məşqçisi kimi iki dəfə NBA tituluna layiq olub (1968, 1969).

1975-ci ildə onun adı Basketbolun Şöhrət Zalına daxil edilib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.