İdman

Millimizin üzvü komandasını məğlubiyyətdən xilas etdi – VİDEO

Sharing is caring!

İsveçrə Superliqasında üçüncü tur davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshoppers” növbəti matçını keçirib.

Komanda səfərdə lider “Yanq Boys”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

“Qrasshopers” ilk hissəni 0:1 hesabı ilə məğlub bitirib.

İkinci hissənin başlaması ilə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas edib. 90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.

Qeyd edək ki, 1 oyun az keçirən “Qrasshopper” 4 xalla 4-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir