İdman Manşetüstü

“Qarabağ”ın davam, ya tamam matçını bu hakim idarə edəcək

Sharing is caring!

“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.

“Qarabağ” futbol komandasının mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Baş hakimə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası Şimali İrlandiyanın “Linfild”klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Xatırladaq ki, “Qarabağ” səfərdə “Linfild”ə 2:3 hesabı ilə məğlub olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir