İdman

Kamran Quliyev: “0:2 hesablı məğlubiyyət faciə deyil”

Sharing is caring!

“Matçın son fitindən sonra dedim ki, sonadək mübarizə aparıb turu keçəcəyik”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

Funksioner baş məşqçiyə və futbolçulara inandığını deyib: 

“0:2 hesabı faciə deyil. Ola bilər, bacardığımız futbolu göstərmədik. Burada ikinci fikir ola bilməz. Bu komanda böyük potensiala malikdir. “Neftçi”də uzun müddət oynayan futbolçuların potensialını bilirsiniz. Yeni gələnlər də sifariş ərizəsinə əlavə olunub. Bu, hələ son deyil. İnanmaq istəyirik ki, nəticədə biz qalib olacağıq”.

O, stadionun dolacağına və tərəfdarların oyundan ləzzət alacağına inandığını söyləyib: 

“Azarkeşlər klubumuza sahib çıxsınlar, gəlsinlər dəstəkləsinlər. Onların sayəsində növbəti mərhələyə vəsiqə qazanacağıq. Azarkeşsiz futbol bizə lazım deyil. “Neftçi”ni azarkeşsiz təsəvvür etmək qeyri-mümkündür. Fanatlarımız çılğın olmalı, komandanı sonadək dəstəkləməlidir. Narazılıqları da başadüşüləndir. Onlar komandanı yüksək yerlərdə gözləyirlər. Yeni sistem tətbiq etmişik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir