İdman

“Qarabağ” “Sürix”lə cavab oyununu stadionda izləmək istəyən azarkeşlərinə müraciət etdi

Sharing is caring!

“Qarabağ” klubu iyulun 27-də İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

“UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) – “Qarabağ” matçını “Letsiqrund” stadionundan izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü satılacaq. Biletin qiyməti 25 İsveçrə frankıdır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda “Qarabağ” 3:2 hesabı ilə meydandan qalib ayrılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir