İdman Manşetüstü

Biz şam işığında güləşirdik, amma indi… – Umudov

Sharing is caring!

Biz güləşən dövrdə zalımızda işıq, qaz, su yox idi. Biz şam işığında məşq edirdik.

XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qazax rayonunda yeniyetmə və gənc güləşçilərlə söhbətində deyib.

“Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, idmana da yüksək diqqət və qayğı göstərilir.

Sizin əsas vəzifəniz vətənə millətə xeyrli vətəndaş olmaq, gələcəyin əsgəri kimi yetişməkdir. Hər bir azərbaycanlı bayrağını, dövlətini sevməlidir.

Mən inanıram ki, sizin aranızdan gələcəyin Avropa, dünya və olimpiya çempionları yetişəcək”, – F.Umudov bildirib.

Daha sonra Firdovsi Umudov rayondakı yeniyetmə və gənc güləşçilərdə motivasiyanı daha da yüksəltmək və idmana meyilliliyi artırmaq məqsədi ilə onlara idman geyimləri hədiyyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir