İdman Manşetüstü

Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum olub – FOTO

Sharing is caring!

Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Azərbaycan Cüdo Federasiyasından XəbərAl.az-a verilən məlumata görə, püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dünya və qitə cüdo təşkilatlarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 7 qadın və 8 kişi idmançısının ilk rəqibləri müəyyənləşib.

Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı Marina Çernyak, Leyla Əliyeva portuqaliyalı Katerina Kosta, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva mozambikli Jaciro Ferreyra, Larisa Aleksandra Florian isə Honq-Konq cüdoçusu Şuk Ki Çui, 57 kiloqram çəkidə İçinxorloo Munxtsedev panamalı Miryam Roper, 70 kiloqram çəkidə Günel Həsənli avstraliyalı Ayfe Couglan, 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerska Sara Adlinqton (Böyük Britaniya) – Tessi Savelkous (Hollandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Davud Məmmədsoy Tornik Çjakodea (Hollandiya), 66 kiloqram çəkidə Nicat Şıxəlizadə veytnamlı Quoc Xuan, 73 kiloqram çəkidə Rüstəm Orucov Vadzim Şoka (Belarus) – Nuno Sarayova (Portuqaliya) cütünün qalibi, Hidayət Heydərov Conq Tan (Vyetnam) – Friqyes Zabo (Macarıstan) cütünün qalibi, 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Davis Duda (Latviya) – Peter Zilka (Çexiya) cütünün qalibi, 100 kiloqram çəkidə Elmar Qasımov belarus Daniel Mukete, Zelim Kotsoyev braziliyall Leonardo Qonsalves, 100 kiloqramdan yuxarı çəkidə Uşangi Kokauri avstriyalı Stefan Hegyi ilə güclərini sınayacaq.

Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz Portuqaliya cüdoçuları ilə yarışacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir