İdman

“Qarabağ”ın legioneri: “Sürix”ə qarşı yaxşı oynadıq”

Sharing is caring!

“Həm ötən matçda, həm də bu görüşdə yaxşı çıxış etdik. Məşqdə etdiklərimizi oyunlarda götərməyə çalışırıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges Bakıda İsveçrə “Sürix”inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

Matçda ilk qolun müəllifi olan braziliyalı yarımmüdafiəçi cavab görüşündə də verilən tapşırıqları düzgün icra edəcəklərini bildirib:

“Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik. Növbəti görüşdə də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq”

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir