İdman

“Yuventus” dünya ulduzunu ikinci dəfə pulsuz əldə elədi

Sharing is caring!

İtaliyanın “Yuventus” klubu Pol Poqbanın komandaya keçidini rəsmi olaraq bəyan edib. 

Bu barədə klubun rəsmi sosial hesabından məlumat paylaşılıb.

Fransalı yarımmüdafiəçi Turin klubuna azad agent statusu ilə gəlib. 

Müqavilənin detalları açıqlanmır.

Qeyd edək ki, Poqba “Qoca sinyora”da 2012-2016-cı illərdə top qovub, sonradan isə 105 milyon avro qarşılığında “Mançester Yunayted” klubuna qayıdıb. Premyer-Liqa klubuna fransız 2009-cu ildə gəlmiş, üç il sonra, 2012-ci ildə isə azad agent statusunda Turin klubuna keçmişdi. 

Beləliklə, “Yuventus” Poqbanı ikinci dəfə, özü də “Mançester Yunayted”dən sonra “pulsuz” əldə edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir