İdman

Hidayət Heydərov: “Qızıl medal qazanacağıma əmin idim”

Sharing is caring!

“Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.

“Report” xəbər verir ki, süjetdə 73 kq çəki dərəcəsində yarışan H.Heydərovun dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilib.

Cüdoçumuz müsahibəsində deyib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi: “Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəyəm buna görə də qızıl medal qazanacağıma əmin idim”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir