İdman

Kristensen “Barselona”da: “Xəyallarım gerçəkləşdi” – VİDEO

Sharing is caring!

İspaniyanın “Barselona” klubuna transfer olan danimarkalı müdafiəçi Andreas Kristensen bu gün mətbuatın iştirakı ilə rəsmi imzalama tədbirinə qatılıb.

26 yaşlı danimarkalı Kataloniya klubu ilə 4 illik müqaviləyə imza atıb.

Daha sonra mətbuat nümayəndələrinin suallarına cavab verən futbolçu deyib:

“Arzularımı reallaşdıra bildiyimə görə fəxr edirəm. Mən klubun prezidentinə, Mateu Alemaniyə (“Barselona”nın hüquqşünası və idman direktoru – red.) və Jordi Kroyffa (“Barselona”nın idman məsləhətçisi – red.) bu imzanı mümkün etdiyinə görə çox minnətdaram. Xəyallarım gerçəkləşdi”.

Mənbə: Barca_sports “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir