İdman

Kriştianu Ronaldunun təyyarəsi İspaniyada saxlanılıb – FOTO

Sharing is caring!

İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun şəxsi təyyarəsini saxlayıblar.

Səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.

Belə ki, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib və o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb. Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu isə təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.

Qeyd edək ki, bu, Ronaldunun Balear adalarında tətili zamanı başına gələn ilk hadisə deyil.

İyunun 20-də futbolçunun idman avtomobili Mayorkada tövləni dağıdıb. Hadisə Bunyol şəhərinin Sa Koma dairəsində baş verib. Dəyəri təxminən iki milyon avro olan avtomobil idarəetmədən çıxaraq məişət alətləri və qaz balonlarının saxlandığı binanın divarına çırpılıb.

Mənbə: Mirror

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir